S.H.Xəlilov 1938-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. 1962-ci ildən Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1964-1967-ci illərdə həmin institutun aspiranturasında təhsil almışdır. 1971-ci ildən Azərbaycan EA Coğrafiya institutunun «Meşə torpaqlarının coğrafiyası» şöbəsində işləyib. 1969-cü ildə «Qaraməryəm yaylasının torpaqları və onlardan səmərəli istifadə olunması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-1990-cı illərdə şöbənin daxilində yeni yaradılmış «Arid meşə torpaqlarının coğrafiyası» laboratoriyasına, 1991-ci ildən isə arid ərazilərin kompleks tədqiqi qrupuna rəhbərlik etmişdir. 2002-ci ildən «Torpaq coğrafiyası» şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycanda torpaqların coğrafi yayılması qanunauyğunluqlarına və genetik istehsal xüsusiyyətlərinə dair səmərəli elmi fikirlər söyləmişdir. Xüsusilə arid zonada yayılmış boz-qonur və arid meşə torpaqlarının təkamül mərhələləri, bioloji xüsusiyyətləri və üçüncü dövr landşaftlarının mühavizəsi və başqa məsələlərə dair geniş tədqiqat işləri aparmışdır. Onun Azərbaycanın ayrı-ayrı bölgələrinə aid tərtib etdiyi iri miqyaslı torpaq xəritələri, irəli sürülmüş elmi nəticələri respublikada torpaqların mühafizəsi və istifadəsinin yaxşılaşması sahəsində mühüm rol oynamışdır. İqlimin dəyişməsi və antropogen amillərin fəaliyyəti sayəsində torpaqlarda baş verən genetik dəyişkənlikləri öyrənmişdir. Bu sahədə 60-dan çox elmi məqalənin müəllifidir. Torpaqların tədqiqinə dair Azərbaycanda həyata keçirilən kons- truktiv-istehsal xarakterli lahiyələrdə fəal iştirak etmişdir. Respublika torpaqşünaslıq cəmiyyətinin xətti ilə elmin-nəzəri və tətbiqi məsələlərin tədqiqi sahəsində nailiyyətləri vardır. 2008-ci ildə vəfat etmişdir.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı: “Elm”, 2013. – s.138-139