(1914, Göyçay qəz. Qarabaqqal k. – 1994 Göyçay r-nu) – ictimai xadim, Azərb. elm xadimi, Əmək veteranı.
A.Xəlilov k. məktəbini bitirdikdən sonra əvvəlcə Pedoqoji Texnikuma daxil olub, sonra milli resp.-lar üçün o vaxtki komsomolun mərkəzi komitəsi yanında mərkəzi pioner işçiləri məktəbini, daha sonra ADU-nu və AK(b)P MK yanında Marksizm-Leninizm İnstitutunu bitirib.
Gənc Abdulla əmək fəaliyyətinə Göyçay qəz. və Şirvan dairə pioner təşkilatlarına rəhbərlik etməkdən başlayıb. Onun əməksevərliyi və işgüzarlığı tezliklə resp. rəhbərliyinin diqqətini çəkib. 1931 ildə A.Xəlilov AK(b)P-nin sıralarına qəbul olunub. Gənc kommunist Göyçay r-n Komsomol Komitəsinin birinci katibi seçilib, eyni zamanda kolxozlar ittifaqının sədri kimi indiki Göyçay, Zərdab və Ucar r-nları ərazisində kolxoz quruculuğunun fəal iştirakçılarından biri olub, kənd təsərrüfatının elliklə kollektivləşməsində iştirak edib. 1933 ilin əvvəlində ölkəmizdə kollektivləşmənin tələbinə uyğun olaraq MTS-lər nəzdində siyasi şöbələr yaradılan zaman A.Xəlilov Biləsuvar r-nuna MTS siyasi şöbəsi rəisinin komsomol işləri üzrə müavini vəzifəsinə göndərilib və eyni zamanda r-n komsomol komitəsinin birinci katibi seçilib. Sonrakı illərdə o, Şamxor və Şuşa r-n komsomol komitələrinin birinci katibi, DQ Vilayət Komsomol Komitəsi bürosunun üzvü olub. A.Xəlilov “Azərbaycan pioneri” qəzetində redaktor vəzifəsində çalışıb.
1940 ilin mart ayında A.Xəlilov Böyük Vətən muharibəsi illərində partiyanın göndərişi ilə AK(b)P MK.-da işləyib, AK(b)P-nin resp. və Bakı birləşmiş partiya Kollegiyasının üzvü seçilib.
Müharibənin ən taleyüklü, ağır dövrlərində AK(b)P MK.-nın xüsusi tapşırığı ilə əvvəlcə Muğan, sonra isə Azərb.-ın q. r-nları üzrə MK.-nın Sovet ordusuna k. təsərrüfatı və ərzaq məhsullarının mütəşəkkil səfərbər edilməsi üzrə xüsusi müvəkkili seçilib.
A.Xəlilov əmək fəaliyyətini Azərb. Neft Kombinatının (indiki Azneft) və Azərb. ticarət nazirinin müavini vəzifələri ilə davam etdirib. A.Xəlilov 1951 ildən dövlət qulluğu vəzifələrində fəaliyyətini öz istəyi ilə dayandıraraq, Azərb. EA-da elmi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb. Akademiyanın Rəyasət Heyətinin elmi katibi, işlər şöbəsinin müdiri, Akademiyanın Rəyasət Heyəti yanında Tarix Muzeyinin direktoru və Muzeylər Şurasının sədri kimi mühüm vəzifələr tutmuşdur.
Mühüm dövlət qulluqlarında olduğu kimi, elmi fəaliyyətində də A.Xəlilov öz təqdirəlayiq izini qoyan Azərb. alimlərindən biri olub. O, tarixçi alim kimi elm və mədəniyyət tarixi problemlərinə həsr edilmiş 14 monoqrafiya və broşürlərin, 100-dən çox elmi məqalənin müəllifidir. A.Xəlilov ”SSRİ Neft Sənayesi Komissarlığının əlaçısı” döş nişanı (1943), “Qafqazın müdafiəsinə görə”, “Əməkdə fərqlənməyə görə” medalları, “Qırmızı Əmək Bayrağı” ordeni (1944) ilə təltif edilib.
Mənbə: Hafiz Rüstəmli. “Öz aləmim. Qarabaqqal”. Bakı-2008, s.7.