(1912 – 1.1.1998, Göyçay r–nunun Bığır k.) – pedaqoq, Əməkdar müəllim (1960).
1930 ildə Bığır k. yeddiillik məktəbini bitirdikdən sonra bir müddət Yeniarx k.-də müəllim işləmiş, qiyabi təhsil yolu ilə Ağdaş Pedaqoji Texnikumunu bitirmişdir. 1935-45 illərdə Göyçay r-nunun Çərəkə, Qarayazı, İsmayıllı r-nunun Aşıq Bayramlı k.-də məktəb direktoru vəzifəsində çalışmış, həmin k.-də məktəblərin təşkili işində və uşaqların təhsilə cəlb olunmasında özünü qabaqcıl müəllim kimi göstərmişdir. H.Xəlilov sonrakı fəaliyyətini Göyçay r-nunda təşkil olunmuş 3 saylı uşaq evində müdir (1945-46), Ərəbcəbirli və Qaraman k. məktəblərində direktor (1946-50), Göyçay r-n Partiya Komitəsində təbliğatçı, r-n İcraiyyə Komitəsinin katibi olaraq davam etdirmişdir. 1950-55 illərdə ADPİ-də Ədəbiyyat fakültəsində təhsil alıb. Elə həmin illərdə Göyçay r-n Alpout k. məktəbində, daha sonra isə 30 ildən artıq bir müddətdə (1955-87) Bığır və Qaraməryəm k. orta məktəblərində direktor kimi çalışıb. Onun rəbərliyi dövründə Bığır k. məktəbi həmişə nümunəvi məktəblər sırasında qərarlaşıb. Onun səmərəli əmək fəaliyyəti dəfələrlə Təhsil Nazirliyinin təşəkkür və fəxri fərmanları ilə qiymətləndirilib. Xəlilov Resp.-nın təhsil sistemində səmərəli və qüsursuz fəaliyyətinə görə Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərb. SSR Əməkdar müəllimi kimi yüksək fəxri ada layiq görülüb.
Mənbə: Ə.Əsgəroğlu. “Göyçaydan başlanan ömür yolu”. “Azərbaycan” nəşriyyatı, Bakı, 2000, s. 225.