(23.3.1938, Göyçay r-nunun Bığır k. – 2008) – kənd təsərrüfatı ü.f.d. (1969).
1962 ildə ADU-nun Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. 1962 ildən Azərb. EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1964-67 illərdə həmin institutun aspiranturasında təhsil almışdır. 1971 ildən Azərb. EA Coğrafiya İnstitutunun “Meşə torpaqlarının coğrafiyası“ şöbəsində işləyib. 1969 ildə “Qaraməryəm yaylasının torpaqları və onlardan səmərəli istifadə olunması“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-90 illərdə şöbənin daxilində yeni yaradılmış “Arid meşə torpaqlarının coğrafiyası“ laboratoriyasına, 1991 ildən isə arid ərazilərin kompleks tədqiqi qrupuna rəhbərlik etmişdir. 2002 ildən “Torpaq coğrafiyası” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Onun Azərb.-ın ayrı-ayrı bölgələrinə aid tərtib etdiyi irimiqyaslı torpaq xəritələri, irəli sürülmüş elmi nəticələri respublikada torpaqların mühafizəsi və istifadəsinin yaxşılaşması sahəsində mühüm rol oynamışdır. İqlimin dəyişməsi və antropogen amillərin fəaliyyəti sayəsində torpaqlarda baş verən genetik dəyişkənlikləri öyrənmişdir. Bu sahədə 60-dan çox elmi məqalənin müəllifidir. Torpaqların tədqiqinə dair Azərb.-da həyata keçirilən konstruktiv-istehsal xarakterli layihələrdə fəal iştirak etmişdir. Respublika torpaqşünaslıq cəmiyyətinin xətti ilə elmin-nəzəri və tətbiqi məsələlərin tədqiqi sahəsində nailiyyətləri vardır.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s.138-139.