(2.7.1938, Göyçay r-nunun Qaraman k. – 5.9.1978, Bakı ş.) – dilçi alim, filologiya ü.f.d., dos.
1946-53 illərdə Qaraman k. orta məktəbində təhsil alıb. 1953 ildən isə təhsilini Göyçay Pedaqoji Texnikumunda davam etdirib. 1957 ildə ilk əmək fəaliyyətinə Əli Bayramlı r-nu Aleksandrovka k. məktəbində başlayıb. 1962 ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə qəbul olub. 1968 ildə həmin ali məktəbi başa vuraraq Azərb. EA Ədəbiyyat və Dil İnstitutunun Azərb. dili tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunub. 1971 ildə ADU-nun Filologiya fakültəsinə müəllim kimi qəbul olunub. Türkologiya kafedrasında baş müəllim və sonra həmin kafedranın dosenti işləyib.
Alim 1978 ildə avtomobil qəzasında həlak olub, Qaraman k. məzalığında dəfn edilib.
Məlumat V.Abdullayevdən alınıb.