(5.10.1959, Göyçay ş.) – “Azərb. Resp.-nın əməkdar jurnalist” (2008), Azərb. Jurnalistlər Birliyinin üzvü, polis polkovniki, DİN Mətbuat Xidmətinin rəis müavini, “Mübariz keşikdə” qəzetinin və “Asayişin keşiyində” jurnalının redaktoru.
C.Xaspoladov müəllim ailəsində doğulub. 1978 ildə ADU-nun Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1983 ildə fərqlənmə diplomu ilə bitirib. Ayrı-ayrı illərdə “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika” qəzetlərində xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, AzərTac-ın baş redaktorunun müavini vəzifələrində çalışıb.
Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqına, müstəqillik illərində Azərb. Jurnalistlər Birliyinə üzv seçilib. Mətbuatda jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı, “Müxbir”, “Universitetin elmi xəbərləri” və “Jurnalistika” məcmuələrində elmi məqalələri dərc olunub. C.Xaspoladov hazırda təqaüddədir.
“Qızıl qələm” və “Araz” ali media mükafatlarına, “Kamil sənətkar” diplomuna layiq görülüb. 2002 ildə Azərb. Resp.-nın Prezidenti Heydər Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Mənbə: wikipedia