(3.3.1993, Göyçay r-nunun Bəydövül k.-11.11.2020, Şuşa istiqamətində). 03.03.1993 il tarixdə Göyçay r-nu Bəydövül k.-də anadan olmuşdur. 29 sentyabr 2020 il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 11 noyabr 2020 il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ‘Vətən uğrunda” (15.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Şuşanın azad olunmasına görə” (29.12.2020) və “Cəsur döyüşçü” (24.06.2021) medalları ilə təltif edilmişdir.
Əd.: http://goychay-ih.gov.az/index.html