(22.2.1938, Göyçay ş.) – Görkəmli mühəndis, Şimali Osetiya-Alaniya Respublikası yanacaq və energetika komitəsinin sədri (2005), Beynəlxalq Pedaqoji EA-nın həqiqi üzvü, Rusiya Elektrotexnika elmləri Akademiyasının müxbir üzvü, texnika e.d. , prof.
Şm. Qafqaz dağ-mədən institutunu və Novoçerkassk politexnik institutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirib. “Sevkazqiprosvetmet” layihə institutunda mühəndis, 1960-63 illərdə isə ŞQDMİ-da assisent işləyib. Sonra ETİ-nun elektrik maşınları kafedrasında çalışıb. 1974 ildə QSXİ-da energetika kafedrasının müdiri, ETL rəhbəri olub. 1995–2005 illərdə Şm. Osetiya-Alaniya Respub. regional energetika komitəsinin sədri vəzifəsində çalışıb. 200-dən artıq elmi əsərin, bir sıra ixtiraların, patentlərin, monoqrafiyaların müəllifidir. Onun rəhbərliyilə Şm Osetiya-Alaniya Respub. elektroenergetikasının inkişaf proqramı işlənib hazırlanıb.
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi