(7.5.1969, Göyçay r-nunun Qaraxıdır k.) – tarixçi alim, Beynəlxalq Nobel İnformasiya Akademiyasının üzvü (2015), tarix ü. f.d. (2004), AYB-nin üzvü (2008), Əməkdar müəllim (2006).
N.Tusi adına ADPU-nun Tarix–filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1997). Həmin ildən pedaqoji fəaliyyət göstərir. Yəhyalı ölkədə üç dəfə (2001, 2003, 2008) ilin ən yaxşı müəllimi müsabiqələrində birincilik qazanmış yeganə müəllimdir. Yəhyalının bir sıra ədəbi əsərləri gürcü, eston, rus, ingilis dillərinə tərcümə olunub.
Əsərləri:
“XX əsrin əvvəllərində Şirvanda yayılmış bəzi inam və təsəvvürlərə dair”. ADPU. Bakı, 1999;
“Şirvanda zərdüştlüyün qalıqları haqqında”. AMEA. Tarix qurumu. Elm. Bakı, 2000;
“XIX əsr pedaqoji fikir tarixindən”. Təhsil, Bakı, 2009;
“Azərbaycan etnoqrafiyasında zoomorf komponentlərə dair”. AEM. Bakı, 2022.
Məlumat ailəsindən alınıb.