oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir.Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır.
Əd.: Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s.270