(26.7.1941, Göyçay r.-25.1.2015) – professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti.
Bəxtiyar Mikayıl oğlu Yaqubov 26 iyul 1941 ildə Göyçay r.-da doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Neft-kimya institutuna daxil olub. 1963 ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968 ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində Azərbaycan Politexnik institutunda nəzəri mexanika fənnini tədris edib. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub.
Sonralar İsrailə köçüb və həmin ölkədə yerləşən Holon Texnologiya Universitetinin professoru olub. Burada professor B.Yaqubov nəhəng kəşflərə imza atıb. Onun kəşflərinə yüksək qiymət verilib. B.Yaqubov həm də İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti idi.
Alim 2015-ci il yanvarın 25-də vəfat edib.
Ailəli. 3 övladı var.
Əd.: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //http://goychay.cls.az/more/text/72839?fbclid=IwAR073khXuJQhocCotoVPzP4KW93wxpa1030qqT03Oj2Y1-jv_Cq5NarmpiM