
Yekəxana k-in məscidi yeni tikililərdəndir. Məscid 1997 ildə kənd camaatının topladığı vəsait hesabına inşaedilmişdir.
Bina düzbucaqlı formaya malik olub, ümumi sahəsi 165 kv.m-dir. İbadət zalı 7 m enində, 15 m uzunluğunda 105 kv.m-dir. Bu zalın işıqlı olması üçün 3 şm. tərəfdə, 2 ş.-də, 2 q.-də olmaqla 7 pəncərəsi və zala daxil olmaq üçün şm. tərəfdən 2 qapısı vardır. Qapı və pəncərə başları arkalıdır. Məscidin ön tərəfində 4 m enində məscid boyu uzanan 4 dəmir dirək üzərində açıq şəkilli eyvan vardır. Məscidin inşasında çaylaq və mişar daşından istifadə olunmuşdur. Damı ağ dəmir təbəqə ilə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-də güldəstə formasında inşa edilmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 75-76