
hidr., mür. İsmayıllı r-nu ərazisində Kürdmaşı k. ilə Göyçayın Yekəxana k. arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. 1963 ildə istifadəyə verilmişdir. Sahəsi – 3,7 kv.m, ümumi həcmi 19 mln kub m, faydalı həcmi 18,5 mln kub m-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay r-larında 1900 ha (1981 il) əkin sahəsinin suvarılmasında istifadə edilir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.274;
ASE.10 cilddə, V cild, Bakı, 1981, s. 104