hidr., mür. AR-ın Şirvan düzündə suvarma kanalı. 1958 ildə istifadəyə verilmişdir. Mingəçevir su anbarının Xanabad körfəzindən başlayıb, Kürün sol sahili boyunca uzanır, Ağsu çayınadək davam edir. Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Ağsu r-nlarının sahələrinin suvarılmasında istifadə edilir. Hidronimin ikinci komponenti Şirvan düzünün adını, birinci komponenti isə bu düzün kanala aid olan hissəsinin coğrafi mövqeyini bildirir. Kanalın uzunluğu 123,5 km, sərfi 78 kub m/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib. Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Ağsu r-nlarında 69 600 ha sahənin suvarılmasında istifadə edilir.
Mənbə: ASE, 10 cilddə, V cild, Bakı, 1981, s. 188;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 286;
Məmmədova E.A. “Meliorativ hidrogeologiya”. Dərslik. Bakı, 2016, 268 s.