
hidr., mür. Azərb. Resp.-də, Şirvan düzündə suvarma kanalı. 1958 ildə istifadəyə verilmişdir. Mingəçevir su anbarının Xanabad körfəzindən başlayıb, Kürün sol sahili boyunca uzanır, Ağsu çayınadək davam edir. Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Ağsu r-nlarının sahələrinin suvarılmasında istifadə edilir. Hidronimin ikinci komponenti Şirvan düzünün adını, birinci komponenti isə bu düzün kanala aid olan hissəsinin coğrafi mövqeyini bildirir. Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib. Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Ağsu r-larında 69 600 ha sahənin suvarılmasında istifadə edilir.
Mənbə: ASE. 10 cilddə, V cild, Bakı, 1981, s.188
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.286;
Məmmədova E.A. Meliorativ hidrogeologiya. Dərslik. Bakı, MMC, 2016, 268 s.