(30.1.1969, Göyçay r-nunun Potu k. – 30.3.1993, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
Orta məktəbin 8 sinfini bitirəndən sonra Göyçay ş. 106 saylı Texniki Peşə Məktəbində elektrik peşəsinə yiyələnib, bir müddət ixtisası üzrə çalışıb. Sonra ilk hərbi xidmətini keçmək üçün Ukraynanın Zaporojye ş.-nə yola düşüb. Hərbi xidmətdən sonra Vətənə qayıdıb, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmək üçün 1992 ildə könüllü olaraq Qarabağ cəbhəsinə yola düşüb. Ağdərənin və Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib və böyük şücaət göstərib. 1993 ilin martında Kəlbəcər r-nunun Çələkdar k. uğrunda gedən döyüşdə itkin düşüb. Göyçay r-n məhkəməsinin 2007 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.