(17.7.1939, Göyçay ş. – 15.3.2010) – fizika-riyaziyyat e.d. (1991), prof., AYB-nin üzvü (2003).
1961 ildə APİ-nin Fizika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1961 ildən Göyçayın 3 saylı məktəbində fizika müəllimi kimi başlamışdır. 1964 ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. Burada fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir (1969). AMEA-nın Fizika İnstitutunda laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri olmuşdur. 1994 ildən Azərb. Texniki Universitetində dos., prof. vəzifələrində işləyib. Azərb.-da və xarici ölkələrdə 100-dən çox elmi əsəri çapdan çıxıb. 10-dan çox ixtirasının müəlliflik şəhadətnaməsi var.
Monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Azərb. və Rusiya EA Fizika cəmiyyətinin üzvü olub. Zamanova həmçinin bədii yaradıcılıqla məşğul olub, AYB-nin üzvü olub. “Yeraltı dünya” (1994), “Ruhlar bizimlədir” (1999), elmi-fantastik hekayələr toplusu, “Böyük nurlu insan” (1999), elmi-kütləvi əsəri nəşr olunub. “Həyat naminə. Qarabağ – xoşbəxtlik və kədərim”, “Vaxtdır, qardaşım” kimi bədii əsərlərin müəllifidir. O, elmi-fantastik janrda qələmini iki dildə – rus və Azərbaycan dillərində sınayan ilk azərbaycanlı qadın fantast yazıçısı idi. Onun hər iki dildə yazdığı elmi-fantastik əsərləri xarici ölkələrdə də çap olunub. Zamanova 2001 ildə ABŞ-nin Bioqrafiya İnstitutunun qərarı ilə ilin qadını seçilib.
Mənbə: Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2002, s. 398;
T.Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı, “Nurlar”, 2011, s. 202.