(1.7.1923,Göyçay ş.-1.7.1985, Bakı ş.) – tibb elmləri namizədi (1966), dosent (1970).
1923 il iyulun 1-də Göyçay ş.-də anadan olub. 1940 ildə Göyçay ş. 4 saylı orta məktəbi bitirib. Azərb. Tibb İnstitutunun müalicə fakultəsinə daxil olub. 1945-46 illərdə Naxçıvanda hökm sürən epidemiyanın törətdiyi fəsadların qarşısının alınmasında fəal iştirak edir. 1946 ildə doğma Göyçayın Qaraməryəm kəndinə gəlib 25 yerlik xəstəxanaya rəhbərlik edir. 1950-54 illərdə Mingəçevir xəstəxanasında baş həkim, 1954-57 illərdə isə Mingəçevir, Xaldan və Yevlax ərazilərini birləşdirən səhiyyə mərkəzinin rəisi vəzifələrində işləyir. 1957 ildə A.Zeynalov Bakıya köçür və Azərb. Dövlət Universiteti xəstəxanasında baş həkimin müavini vəzifəsində işə düzəlir. 1966 ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi alır. Elə həmin ildə də Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında assistent, 1970 ildə isə dosent vəzifələrinə təyin olunur. İstedadlı alim həm də ictimai fəaliyyətlə məşğul olur. 1968-84 illərdə o, universitet partiya komitəsinin katibi vəzifəsini icra edir. Tanınmış alim 1985 il iyulun 1-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.42