(1.7.1923, Göyçay ş. – 1.7.1985, Bakı ş.) – səhiyyə xadimi, tibb ü.f.d. (1966), dos. (1970).
1940 ildə Göyçay ş. 4 saylı orta məktəbi bitirib. ATU-nun Müalicə fakültəsini bitirib (1945). 1945-46 illərdə Naxçıvanda hökm sürən epidemiyanın törətdiyi fəsadların qarşısının alınmasında fəal iştirak edib. 1946 ildə Göyçayın Qaraməryəm k. gələrək 25 yerlik xəstəxanaya rəhbərlik edir. Daha sonra 1950-54 illərdə Mingəçevir xəstəxanasında baş həkim, 1954-57 illərdə isə Mingəçevir, Xaldan və Yevlax ərazilərini birləşdirən səhiyyə mərkəzinin rəisi vəzifələrində işləyir. 1957 ildə Zeynalov Bakıya köçür və ADU xəstəxanasında baş həkimin müavini vəzifəsində işə düzəlir. 1966 ildə ATU-nun Daxili xəstəliklər kafedrasında assistent, 1970 ildə isə dos. vəzifələrinə təyin olunur. İstedadlı alim həm də ictimai fəaliyyətlə məşğul olur. 1968-84 illərdə o, universitet partiya komitəsinin katibi vəzifəsini icra edib.
Mənbə: http://goychay.cls.az/