(17.5.1972, Göyçay ş.–24.8.1992, Zəngilan r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini 1991 ildə Ukraynanın Jitomir vilayətində keçib. Sonra vətənə qayıdaraq Milli Orduya yazılıb. 1992 ilin fevralında könüllü olaraq müharibəyə yollanıb. Ağır döyüşlərin birində qrad qəlpəsindən aldığı yara nəticəsində qəhrəmancasına şəhid olub və şəhərin Şəhidlər Xiyabanında dəfn olunub.