(8.10.1969, Göyçay ş. – 6.8.1994, Ağdam r-nu Çəmənli k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Göyçay ş. 106 saylı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. İlk hərbi xidmətini Ukraynanın Lvov, Odessa və Moldovanın Kişinyov ş.-də keçib. 1994 ilin aprelində vətənin müdafiəsi üçün cəbhə bölgəsinə yola düşüb. O, əvvəlcə Şəmkirə, on gündən sonra isə Beyləqana yollanıb. İyun ayında Ağdama gələrək burada baş verən döyüşlərdə yaxından iştirak edib. 1994 ilin avqustunda tank əleyhinə qumbaranı zərərsizləşdirərkən şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.