Pirlər və ziyarətgahlar Azərb.-da qədim dini inanc yerlərindən biridir. Mədəniyyətimizin bu qədim nümunələrinə Azərb.-ın hər yerində olduğu kimi, Göyçay r-nunda da rast gəlmək mümkündür. Pirlərin və ziyarətgahların insanlar tərəfindən ziyarət olunması artıq ənənə şəklini almaqdadır.
Göyçay r-nunda bir çox ziyarətgah və pir vardır. Bunlardan Göyçay r-n qəbiristanlığındakı Mir İsmayıl Ağa ocağı, Ulaşlı Şıxlı k.-indəki Babadayı ziyarətgahı, Alxasava k.-indəki Ağabdal baba ziyarətgahı, Qarabaqqal k.-indəki Seyid Məmməd baba ziyarətgahı, Müskürlü k.-indəki Mustafa baba ziyarətgahı, Xəlitli k.-indəki Qara Molla baba ziyarətgahı, Mollahacılı k.-indəki Şərafəddin baba ziyarətgahı, Cəyirli k.-indəki Hacı Xəlil baba ziyarətgahı, Mirzəhüseynli k.-indəki Cavad baba ziyarətgahı, Çaxırlı k.-indəki Piri Şıx baba, Zadə baba ocağı, Mırtı k.-indəki ocaqlar, Qarabağlar k.-indəki Sarı pir, Bığır k.-indəki Həsən baba ocağı, Qədir Əfəndi məzarı, Əfəndi babanın qəbri, Çayarxı k.-indəki Atababa baba, Şıxzadə baba ziyarətgahı, Bığır k.-indəki Sarı Molla piri, Yeddi qardaş piri, Pir palıd, Qarabaqqal k.-indəki Ziyil piri, Şəhadət k.-indəki Çinar pir, Mirzəhüseynli k.-indəki Yara pir, Çuxur pir və başqaları Göyçay camaatının müqəddəs inam yerləridir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 102-103.