Bu pir Qarabaqqal k.-ində, dağın döşündə k. qəbiristanlığının ərazisindədir. Bu pirin tarixi məlum deyil. Yerli sakinlərin inancına görə, yabanı nar ağacı dəri xəstəliklərini sağaldır. Ziyil piri adlandırılmasının səbəbi isə əllərində ziyil olan insanlar bu ağacın tikanı ilə yaranı dələr və həmin ağacın altına nəzir qoyarlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 112.