(4.12.1958, Göyçay r-nunun Qaraxıdır k. – 17.8.1992, Füzuli r-nu Muğanlı k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
1974 ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirib Şamaxı Pedaqoji Texnikumuna daxil olub. Buranı bitirəndən sonra Göyçayın Ləkçıplaq k. orta məktəbində müəllimlik etməyə başlayıb. 1979 ildə hərbi xidmətə yola düşüb. Xidməti borcunu başa çatdırandan sonra işləmək üçün Tümen vilayətinə gedib. 1982 ildə vətənə qayıdan Z.Zülfüqarov iki il kolxozda əmək fəaliyyətini davam etdirib. 1984 ildə öz ixtisası üzrə Şəkər k. orta məktəbinə müəllim təyin olunub. Bir müddət sonra Göyçay Toxuculuq kombinatında usta köməkçisi kimi fəaliyyətini davam etdirib. 1992 ilin fevralında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Füzuli r-nunun Əmiralılar və Kuropatkino k. D.Əzizovun başçılıq etdiyi vzvodda reyd əməliyyatlarında iştirak edib. Ağır döyüşlərin birində şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.