(4.12.1958, Göyçay r-nunun Qaraxıdır k.–17.8.1992, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1974 ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirib Şamaxı Pedaqoji texnikumuna daxil olur. Buranı bitirəndən sonra Göyçayın Ləkçıplaq k. orta məktəbində müəllimlik etməyə başlayır. 1979 ildə hərbi xidmətə yola düşür. Xidməti borcunu başa çatdırandan sonra işləmək üçün Tümen vilayətinə gedir. 1982 ildə vətənə qayıdan Zülfüqar iki il kolxozda əmək fəaliyyətini davam etdirir. 1984 ildə öz ixtisası üzrə Şəkər k. orta məktəbinə müəllim təyin olunur. Bir müddət sonra Göyçay Toxuculuq kombinatında usta köməkçisi kimi fəaliyyətini davam etdirir. 1992 ilin fevralında könüllü olaraq cəbhə bölgəsinə yola düşür. Füzuli r-nunun Əmiralılar və Kuropatkino k. həmyerlimiz D.Əzizovun başçılıq etdiyi vzvodda reyd əməliyyatlarında iştirak edib. Ağır döyüşlərin birində şəhid olub və doğma kəndində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.