(1.1.1934, Göyçay ş. – 16.9.2004, Bakı ş.) – ictimai xadim, Azərb. SSR Əməkdar mühəndisi (1980).
AzPİ-ni (indiki AzTU) bitirib (1956). Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda (indiki Səttarxan adına zavod) əmək fəaliyyətinə başlayıb. Burada mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlib. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışıb. Bakı ş. Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olub. 1979 ildə AK(b)P Nərimanov r-n komitəsinin II katibi, 1981 ildən I katibi vəzifələrində çalışıb. Bir müddət “Ümumittifaq Neft Maşınqayırma” İstehsalat Birliyi rəhbərliyində, sonra isə “Qaratəkrarmetal” İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib. Müxtəlif dövrlərdə AzPİ-də Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini verib. Bir çox səmərələşdirici təklif və ixtiranın müəllifidir. Z.Əbdürəhmanov uzun illər məhsuldar əməyinə görə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyi və Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Fəxri fərmanı, “Fədakar əməyə görə” medalı, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.
Mənbə: https://modern.az/az/news/191131/isigin-zirvesinde
Ətraflı oxu