(11.2.1963, Göyçay r-nunun Çərəkə k.) – iqtisadçı alim, iqtisad e.d. (2020), prof.
1980 ildə Ucar ş. 1 saylı orta məktəbini bitirib. 1981-83 illərdə ordu sıralarında xidmət edib. 1984 ildə D. Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə qəbul olub və 1988 ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını “Lenin təqaüdçüsü” kimi və fərqlənmə diplomu ilə bitirib. 29 dekabr 1992 ildə M.V.Lomonosov adına MDU-da “Mühasibat uçotu, statistika” ixtisası üzrə dissertasiya müdafiə edib və RF Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad e.n. alimlik dərəcəsi alıb. 2001 ildə M.V.Lomonosov adına MDU-nun “Uçot, təhlil və audit” kafedrasının doktoranturasına qəbul olub və doktorluq dissertasiya işini müvəffəqiyyətlə başa çatdırıb.
1993-2000 illərdə Azərb. Dövlət İqtisad İnstitutunda (indiki ADİU) müəllim, baş müəllim və dos. vəzifələrində çalışıb. 2005-06 illərdə “Uçot-iqtisad” fakültəsində tədris işləri üzrə dekan müavini, 2006-2015 illərdə dekan vəzifəsində çalışıb. 12.4.2005 ildən YAP-ın üzvüdür. TN-nin kollegiyasının 26 aprel 2006 il tarixli T-119 nömrəli qərarı ilə Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 75 illik yubleyi münasibəti ilə AR Təhsil Nazirliyinin fəxri fərmanı, ADİU-nun 75 illiyi münasibətilə və Həmkarlar İttifaqının işində fəal iştirakına görə Azərb. Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanı, YAP-ın yaradılmasında və inkişafındakı müstəsna fəaliyyətinə görə fəxri fərmanla təltif edilib. Azərb. Resp. Prezidentinin 2011 il 26 sentyabr tarixli 1749 nömrəli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
N.İsmayılov ADİU-nun nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda e.d. və f.d. elmi dərəcələri almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.052 dissertasiya şurasının elmi katibi olub. ADİU-nun 85 və 90 illik yubileyləri münasibətilə iqtisadçı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə fəxri fərmanla və AR təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. ADİU ilə Azərb. Kooperasiya Universitetinin nəzdində yaradılmış ED 2.42 Birgə Dissertasiya Şurasının üzvüdür. Hazırda ADİU-nun “Maliyyə və audit” kafedrasının prof.-ru vəzifəsində çalışır.
Məlumat N.İsmayılovdan alınıb.