(15.6.1947, Göyçay r-nunun Bığır k. – 4.1993) – geologiya-minerologiya ü.f.d.
1947 il iyunun 15-də Göyçay r-nunun Bığır k.-də anadan olub. Orta məktəbi bitirəndən sonra indiki BDU Geoloji coğrafiya fakültəsinə daxil olub. 1968 ildə həmin fakültəni bitirib geoloq ixtisasına yiyələnib. Sonra Azərb. EA Geologiya İnstitutunda lobarant, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1974-76 illərdə həmin institutun aspiranturasında təhsilini davam etdirib, daha sonra isə Xarkov Dövlət Universitetinin elmi şurasında dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Ş.Aslanov 1993 ilin aprelində vəfat edib.
Material V.Abdullayevdən alınıb.