(2.9.1940, Göyçay r-nunun Bığır k. – 12.3.1997, Bakı ş.) – həkim, tibb ü.f.d. (1967).
1957 ildə kənd orta məktəbini bitirib. 1958 ildə N.Nərimanov adına ATİ-nin Müalicə-profilaktika fakültəsinə daxil olub. 1964 ildə oranı bitirdikdən sonra RF-nin Krasnoyarsk vilayətinə yollanıb, hərbi həkim kimi fəaliyyət göstərib, xidməti borcunu yerinə yetirib.
1965 ildə Leninqradda A.Polenov adına Leninqrad Neyrocərrahiyyə İnstitutuna daxil olub. 1967 ildə orada dissertasiya müdafiə edərək Neyrocərrahiyyə ixtisası üzrə tibb e.n. alimlik dərəcəsi alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət Leninqradda həkim işləyib, 1970 ildə Azərb.-na qayıdıb. O, M.Mirqasımov adına Resp. Mərkəzi Klinik xəstəxanasında Kəllə-beyin travması kafedrasında fəaliyyətə başlayıb. 1972 ildə Neyrocərrahiyyə şöbəsi yaradılıb, Kərimov həmin şöbəyə müdir təyin edilib. 1983 ilə qədər həmin şöbənin müdiri vəzifəsində çalışıb. Azərb.-ın ilk 4 neyrocərrahından biri olub. 1984–97 illərdə isə Bakı ş. Təcili yardım xəstəxanasında çoxsaylı zədələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Tibb İnstitutunda beyin xəstəliklərinin xüsusiyyətlərini tələbələrə tədris edən Kərimov öz tutarlı elmi məqalələri ilə səhiyyəmizin inkişafına xidmət edib. Dəfələrlə neyrocərrahların beynəlxalq simpoziumlarında, konqreslərdə iştirak edib.
Məlumat A.Kərimovun oğlundan alınıb.