(5.1928, Göyçay ş. – 5.2016, Bakı ş.) – tibb ü.f.d. (1966), dos. (1969).
Orta təhsilini 1944 ildə başa vurduqdan sonra Fatimat xanım Azərb. Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1949 ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək anadan olduğu Göyçay r-nunda həkim kimi fəliyyətə başlayıb. Beş il müddətində təcrübi təbabət sahəsində çalışaraq klinik təcrübə toplayıb və 1955 ildə Azərb. Dövlət Tibb İnstitutunun Daxili xəstəliklərin propedevtikası kafedrasının ordinaturasına daxil olub.
Fatimat xanım həmin kafedrada 1957-66 illərdə baş laborant, 1966-69 illərdə assistent kimi fəaliyyət göstərib. O, kafedranın baş laborantı kimi fəaliyyət göstərdiyi illərdə tədqiqat işini müvəffəqiyyətlə başa çatdırıb və 1966 ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb. 1969 ildə ona dosent elmi adı verilib və ömrünün sonunadək Azərb. Dövlət Tibb İnstitutunda (indiki ATU) fəaliyyət göstərib.
Məlumat V.Abdullayevdən alınıb.