(1982, Göyçay r-nunun Qaraxıdır k.) – həkim, tibb ü.f.d.
1982 ildə Göyçay r-nunun Qaraxıdır k.-də anadan olub. 2005i ildə ATU-nun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-06 illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-08 illərdə Milli Onkologiya Mərkəzində kliniki ordinaturada təhsilini davam etdirib. 2008-12 illərdə Türkiyə və Rusiyada uzunmüddətli ixtisasartırma kursları keçib. 2008 ildən Milli Onkologiya Mərkəzinin “Şüa terapiyası” şöbəsində və Uşaq klinikasında radiasion onkoloq vəzifəsində çalışır. 9 elmi nəşri çap olunub. Rus və ingilis dillərini bilir. 2016 ildə onkologiya sahəsinin inkişafında göstərdiyi fəaliyyətlərinə görə “Fəxri fərman”la təltif edilib, həmçinin “İlin həkimi – 2017” ali media mükafatına layiq görülüb.
Məlumat V.Abdullayevdən alınıb.