(5.10.1954, Göyçay ş.) – hüquq ü.f.d., millət vəkili (2010-2015).
1971 ildə orta məktəbi bitirib. 1971-76 illərdə ADU-nun Hüquq fakültəsində təhsil alıb. 1977 ildən Azərb. Resp. Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-91 illərdə respublika prokurorunun köməkçisi, respublika Nazirlər Soveti hüquq şöbəsinin müdiri, Prezident Aparatı Dövlət hüquq şöbəsinin müdiri və Azərb. Resp. Hüquq siyasəti üzrə dövlət müşaviri vəzifələrində çalışıb. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, 2010 və 2015 illərdə müvafiq olaraq IV və V çağırış Azərb. Resp. MM-nə 88 saylı Göyçay seçki dairəsindən millət vəkili seçilib.
MM-in Aqrar siyasət komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan–Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Qətər, Liviya, Lüksemburq, Polşa, Rusiya, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Məlumat Azərb. Resp. MM-inin saytından götürülmüşdür.