(7.12.1924, Göyçay – 27.9.2003, Bakı ş.) – neftçi-geoloq.
Əmək fəaliyyətinə 1949 ildə “Artyomneft” trestinin neft mədənlərində başlayan S.Sultanovun ömrünün bir hissəsi Türkmənistanla bağlı olub. Burada o, neft-qaz sənayesi sahəsində çalışıb. Türkmənistanda fəaliyyət göstərdiyi müddətdə o, həm də İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Türkmənistanın yeni neft-qaz yataqlarının açılmasında fəal iştirakına görə S.Sultanov SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin fəxri fərmanları, medalları, digər dövlət mükafatları ilə təltif olunub.
Onun rəhbərliyi altında Azərb.-ın quruda ən böyük neft yataqlarından biri olan Muradxanlı neft yatağı kəşf olunub. O zaman S. Sultanov “Azneft” İB Carlı Kəşfiyyat qazma idarəsinə rəhbərlik edirdi. 1970 ildə o, SSRİ Qaz Sənayesi Nazirliyi “Soyuzburqaz” İB-nin Kalmaz dərin qazma ekspedisiyasına baş mühəndis təyin olunur. Sonralar həmin ekspedisiyaya rəhbər təyin olunan S.Sultanov ömrünün sonunadək bu vəzifədə çalışıb. 1996 ildə təqaüdə çıxıb.
Məlumat V.Abdullayevdən alınıb.