(16.6.1974, Göyçay r-nunun Xəlitli k. – 15.11.1992, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini başa vurub, 58 saylı Texniki Peşə Məktəbində açılmış ticarət kursuna daxil olub. 1992 il iyulun 22-də hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Çox keçmədən Tərtər bölgəsinə ezam olunub. İlk günlərdən ağır döyüşlərə qatılıb. F.Məmmədov Ağdərə r-nunun Çıldıran k. uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olub. Göyçay ş. Şəhidlər xiyabanında dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.