oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. R-n mərkəzindən 9 km c.-q.-də, Şirvan düzündədir. Keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrdə Göyçay qəz.-da şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qaramal saxladığı üçün kənd belə adlandırılmışdır.
Mənbə: ASE. 10 cilddə, VI cild, Bakı, 1982, s. 333;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 93.