(6.12.1967, Göyçay r-nunun Bığır k.) – filologiya ü.f.d. (2006).
1975 ildə Bığır k. 1 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1985 ildə əla qiymətlər və tərifnamə ilə bitirib. Orta məktəbin səkkizinci sinfindən etibarən r-da çıxan “Yeni həyat” qəzetində müntəzəm olaraq, şeir və məqalələri çap olunub.
1985 ildə APİ-nin (hazırkı ADPU) Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsinə daxil olub, əla qiymətlərinə və ictimai fəallığına görə fakültənin ənənəvi üç fərdi təqaüdündən birinə – C.Cabbarlı adına təqaüdə layiq görülüb. 1990 ildə institutu fərqlənmə diplomu ilə bitirib və istedadlı gənc mütəxəssis kimi təhsil aldığı universitetə dəvət olunaraq, “Siyasi tarix” kafedrasında baş laborant vəzifəsində çalışıb. 1993 ildən Azərbaycan Universitetinin təsisçisi və rektoru, prof. S.Xəlilovun dəvəti ilə pedaqoji fəaliyyətini həmin təhsil ocağının nəzdindəki İngilisdilli Gimnaziyada Azərb. dili və ədəbiyyatı müəllimi, “Dillər” və “İctimai fənlər” kafedralarında baş müəllim kimi davam etdirib. Azərbaycan Universitetində Filologiya fakültəsi açıldıqdan sonra həmin fakültədə müxtəlif fənləri tədris edib. 2006 ildə “Zəlimxan Yaqubun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya ü.f.d. elmi dərəcəsinə layiq görülüb. 2010 ildə AR Prezident Aparatı yanında AAK tərəfindən dos. elmi dərəcəsi alıb. 2 dərs vəsaitinin, 10 elmi məqalənin müəllifidir. 2019 ildən “Libraff” mağazalar şəbəkəsinin ofisində nəşrlər üzrə məsləhətçi vəzifəsində çalışır.
Məlumat Ə.İbrahimlidən alınıb.