(18.7.1953, Göyçay r-nunun Çayarxı k.) – atlet, AR Əməkdar bədən tərbiyəsi və idman xadimi (2016), Əməkdar məşqçi (1989), resp. dərəcəli hakim (1984).
Bakı Politexnik Texnikumunu (1971) və ADBTİA-nı (1977) bitirib. 1969-73 illərdə yüngül atletika üzrə Azərb. milli komandasının üzvü kimi bir çox beynəlxalq və ümumittifaq yarışlarının qalibi və mükafatçısı olub. 1971 ildə 10 min m məsafəyə idman yerişində keçmiş SSRİ-də ən yaxşı nəticəni, 1972 ildə 2 km məsafəyə idman yerişində III nəticəni göstərib.
B.Salehli 1972 ildə məşqçilik fəaliyyətinə başlayıb. 1983-84 illərdə Azərb.-ın ən yaxşı məşqçisi seçilib. 1981-91 illərdə SSRİ yığma komandasında işləyib. B.Salehli 1995-97 illərdə İran İslam Respublikası, 1998–2014 illərdə isə Türkiyə, İran, Suriya, Sudan və BƏƏ-nin yığma komandalarında çalışıb. Hazırda ADBTİA-da baş müəllim kimi fəaliyyətini davam etdirir. B.Salehli 1991-95 illərdə Azərb. yığma komandasının baş məşqçisi işləyib, 2017 ildə bu vəzifəni yenidən icra etməyə başlayıb, hazırda da həmin vəzifədə çalışır. 2021 ildə Avropanın ən yaxşı məşqçisi adına layiq görülüb. 12 dəfə Azərb. çempionu olmuş, 6 dəfə Azərb. rekordu vurmuşdur. Avropa çempionu, iki dəfə Ümumdünya Universiadası çempionu və yeniyetmələr arasında Avropa Oyunlarının mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi Nazim Babayev, həmçinin Avropa çempionatının mükafatçıları Rüstəm Məmmədov, Anna Skidan və Aleksis Kapella onun yetirmələri arasındadırlar.
Məlumat V.Abdullayevdən alınıb.