(1936, Göyçay r-nunun Bığır k. – 1996, Bakı ş.) – dilçi alim, filologiya e.d. (1972).
Ağdaş r-nun Pedaqoji Texnikumu, sonra APİ-nin Dil, məntiq və psixologiya fakültəsini bitirib. Göyçay ş. 4 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1958 ildə Azərb. EA Nizami adına Dil və ədəbiyyat institutuna kiçik elmi işçi qəbul olunub. 1975 ildən Azərb. EA Nəsimi adına Dilçilik İnstitutunun dil tarixi şöbəsində elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.
Məlumat V.Abdullayevdən alınıb.