(1904, Göyçay qəz. Alpout k. – 1976, Bakı ş.) – ictimai xadim, iqtisad ü.f.d., dos.
Uşaq ikən ailəsi ilə birgə Şamaxı ş. köçüb. 1911-14 illərdə Şamaxı ş. Rus-tatar məktəbində, 1914-16 illərdə “Üxüvvət” məktəbində, 1916-17 illərdə ali ibtidai məktəbdə təhsil alıb. 1917 ildə ailə yenidən Alpout k.-nə qayıtdığına görə ali ibtidai məktəbi bitirə bilməyib. 1919-23 illərdə Müsüslü Dəmiryol sahəsində əmək fəaliyyəti göstərib. Sonra isə Bakıya gələrək Qala-Maştağa r-nunun Maştağa k. icraiyyə nümayəndəliyində iş icraçısı işləyib. 1923-29 illərdə Maştağa k. su nasos stansiyasında və elektrik stansiyasında çilingər, iş icraçısı, kənd klubunun müdiri və kənd təsərrüfatı anbarının müdiri işləyib. 1929 ilin mart ayında AK(b)P MK.-da işlər müdiri təyin olunur. Sonra partiyanın göstərişi ilə AK(b)P Qala-Maştağa r-n icraiyyə komitəsinə işə göndərilib və 1931 ilin yanvar-noyabr aylarında burada şöbə müdiri vəzifəsində çalışıb. 1931 ildə AK(b)P MK.-nın göndərişi ilə Azərb. Kommunist Universitetinin tədris şöbəsinin katibi təyin edilib. 1932 ildə təhsil almaq üçün Zaqafqaziya Xalq Komissarları Sovetinin İqtisadi-Tədqiqatlar İnstitutuna göndərilib. Həmin ilin sentyabrında Marksizm-leninizm İnstitutuna dəyişdirilib. İnstitutu 1937 ildə bitirərək Partiya Tarixi İnstitutuna elmi işçi göndərilib. 1938-40 illərdə partiya kurslarının direktoru olub.
1935-37 illərdə S.M.Kirov adına ADBTİ-də Siyasi-iqtisad fənnini tədris edib. 1937-39 illərdə A.Zeynallı adına Azərb. Dövlət Konservatoriyasında Sosial-iqtisadi fənlər kafedrasının müdiri və S.M.Kirov adına ADBTİ-də Siyasi-iqtisad kafedrasının dos. vəzifələrində çalışıb.
AK(b)P MK bürosunun 11 mart 1940 il tarixli qərarı ilə APİ-nin rektoru təyin edilib. O, instituta 1941 ilə kimi rəhbərlik edib.
1941-43 illərdə Xalq Maarif Komissarının müavini, 1943-44 illərdə Pedaqoji İnstitutda rektor müavini və müəllim, 1944-47 illərdə Azərb. SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Dövlət Plan Komitəsində Mədəniyyət və səhiyyə şöbəsinin müdiri olub. 1946-47 illərdə Azərb. Dövlət Xalq Təsərrüfatı İnstitutunda siyasi-iqtisad müəllimi işləyib. 1948-51 illərdə Azərb. Dövlət Qiyabi Pedaqoji İnstitutunda və Azərb. Pedaqoji Xarici Dillər İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1949 ildə qısa müddətdə Azərb. Pedaqoji Xarici Dillər İnstitutunun Marksizm-leninizm kafedrasına rəhbərlik edib. Elə həmin ilin aprelində Azərb. SSR Maarif Nazirliyinin əmri ilə institutun Elmi Şurasının tərkibinə daxil edilib. Bir müddət sonra kafedra müdiri vəzifəsindən azad olunaraq həmin kafedrada Siyasi-iqtisad müəllimi vəzifəsində saxlanılıb. 1951 ildə Azərb. Pedaqoji Xarici Dillər İnstitutunda Marksizm-leninizm kafedrasının baş müəllim vəzifəsinə təyin olunub və ömrünün sonuna kimi həmin kafedrada çalışıb.
Mənbə: http://cs.bsu.edu.az