(1972, Göyçay ş.) – Azərb. Resp. hərbi prokurorunun müavini, ədliyyə general-mayoru (2012), hüquq ü.f.d.
BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib (1993). 1994–2009 illərdə Bakı ş. Əzizbəyov r-n prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, Bakı ş. Xətai r-n prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Bakı ş. prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Resp. Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb. Azərb. Resp. Baş prokurorunun 4 dekabr 2009 il tarixli əmri ilə Azərb. Resp. Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Azərb. Resp. Prezidenti İlham Əliyevin 1 oktyabr 2012 il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. “Tərəqqi” medalı ilə təltif edilib (2018).
Məlumat V.Abdullayevdən alınıb.