(26.9.1959, Göyçay ş.) – folklorşünas alim, filologiya ü.f.d.
BDU-nun Filologiya fakültəsini bitirib (1982). 1986-2002 illərdə Göyçay ş. 7 saylı məktəbdə müəllim, 2002 ildən AMEA-nın Folklor İnstitutunda elmi işçi, eyni zamanda beynəlxalq (COPERNİCUS) indeksli “Dədə Qorqud” elmi-ədəbi toplusunda ədəbi işçi kimi çalışıb. Hazırda aparıcı elmi işçidir. Kərimova 2008-12 illərdə Azərb. Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərib. O, Azərb. folklorşünaslığının müxtəlif sahələrinə aid çoxsaylı elmi araşdırmaların müəllifidir. Bunlar alimin beynəlxalq elmi konfranslarda etdiyi çıxışlarda, beynəlxalq elmi jurnallarda nəşr olunan məqalələrdə və “Folklor mətnlərinin tərtibi məsələləri” monoqrafiyasında öz əksini tapıb. Kərimova 2020 ildə Koreya Ədəbi Tərcümə İnstitutunun təklifi ilə Koreya ədəbiyyatının başqa dillərə ən yaxşı tərcüməsinə görə “Qran Pri” mükafatı uğrunda müsabiqədə Azərb. üzrə ekspert olmuşdur.
Məlumat V.Abdullayevdən alınıb.