(31.10.1937, Göyçay ş. – 14.5.2018, Bakı ş.) – Əməkdar hüquqşünas (2006), Ədliyyə general-mayoru (1995).
Maqsudov ADU-nu (indiki BDU) bitirib (1962). Sonra təyinatla Azərb. Resp. Ali Məhkəməsinə göndərilib. Azərb. və rus dillərini mükəmməl bilən Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilib. 1964 ildə prokurorluq sisteminə qəbul olunan Maqsudov Xətai r-n prokurorluğunun müstəntiqi təyin olunub. Daha sonra Azərb. Resp. Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb (1966-73). Əzizbəyov r-nu Xalq Məhkəməsinin hakimi və sədri kimi fəaliyyət göstərib (1973-84). 1984 ildə əməkdə fərqlənməyə görə Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən Fəxri fərman ilə təltif olunub. Azərb. Resp. Ali Məhkəməsinin üzvü olub (1984). Ali Məhkəmənin sədr müavini, Hərbi Kollegiyanın sədri (1995), Azərb. Resp. Ali Məhkəməsinin hakimi (2000-10) vəzifələrində çalışıb.
Mənbə: https://azertag.az/xeber/Dunyasini_deyisen_edliyye_general_mayoru_Oqtay_Maqsudov_-1163517