(11.8.1937, Göyçay r-nunun Bığır k. – 19.11.1997, Bakı ş.) – jurnalist, AJB-nin üzvü, tarix ü.f.d. (1960).
BDU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (1964). Sonra Mətbuat Komitəsində nəzarətçi redaktor (1965-67), “Azərnəşr”də böyük redaktor (1967), “Gənclik” nəşriyyatında şöbə müdiri, Resp. Kitabxana kollektorunda direktor, Resp. Mətbuat və İnformasiya Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi) “İşıq” nəşriyyatında direktor (1990-97) vəzifələrində çalışıb. İsmayılov on iki kitabın müəllifidir. “Qızıl qələm” mükafatı ilə təltif edilib.
Mənbə: Ə.Əsgəroglu. “Göyçaydan başlanan ömür yolu”. “Azərbaycan” nəşriyyatı, Bakı, 2000.