(16.4.1920 – 10.9.1988, Göyçay ş.) – pedaqoq, Əməkdar müəllim (1972), Xalq maarifi əlaçısı, pedaqogika ü.f.d. (1964).
1934-36 illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil alandan sonra ş. 3 saylı məktəbdə müəllim kimi fəaliyyətə başlayır. 1937 ildə Lenin adına APİ-nun Coğrafiya fakültəsinə daxil olur. 1941 ildə Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanır. 1945 ilin sonlarında bir sıra orden və medallarla ordudan tərxis olunaraq vətənə qayıdır, vaxtilə müəllimlik etdiyi məktəbə bu dəfə direktor təyin olunur. 1964 ildə “Orta məktəbdə şagird kollektivinin təşkili və tərbiyəsi” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji e.n. adına layiq görülür. Həsənov sonrakı illərdə r-n Xalq maarifi şöbəsinin müdiri (1973-75), Göyçay ş. 2 saylı məktəbin direktoru və həmin məktəbdə müəllim (1975-83) vəzifəsində çalışıb. 1983 ildə yenidən ş. 3 saylı məktəbə direktor təyin olunan Həsənov bu vəzifədə 2 il çalışandan sonra fəaliyyətini həmin məktəbdə müəllim kimi davam etdirib və ömrünün sonuna qədər burada pedaqoji fəaliyyətlə məşğul olub.
Məlumat V.Abdullayevdən alınıb.