(5.4.1955, Göyçay ş.) – kimyaçı alim, kimya ü.f.d. (1990), dos.
ADNA-nın (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya texnologiyası fakültəsini bitirib (1977). Ali məktəbi bitirdikdən sonra AMEA-nın Aşqarlar Kimyası İnstitutunun “Mühərrik yağlarında polimer aşqarlar” laboratoriyasında əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, akad. Ə.Quliyevin və kimya ü.f.d. M.Ağayevanın rəhbərliyi altında elmi işini davam etdirərək “Alfa-olefin oliqomerləri əsasında çoxfunksiyalı aşqarlar” mövzusunda dissertasiya müdafiə edib və kimya e.n. alimlik dərəcəsi alıb. 150-dək elmi əsərin müəllifidir. Hazırda AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisidir.
Əsərləri:
E.U.Isakov, Hamidova J.Sh, E.I.Hasanova. Investigation oligomers of hexene-1 with the aromatic fragment as synthetic components to petroleum oils. International scientific journal “Theoretical & Applied Science”, № 06(38) 2016, pp. 26-30.
Mənbə: https://science.gov.az/az/forms/doktora-filosofii-instituta-himii-prisadok/1554