(14.9.1933, Göyçay r-nunun Cəyirli k.) – mühəndis-mexanik.
1939-46 illərdə yeddiillik kənd məktəbində təhsil alıb. Oranı bitirdikdən sonra Göyçay ş.-də yeni açılmış Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Texnikumuna qəbul olub, 1949 ildə texnikumu fərqlənmə diplomu ilə bitirib və bu səbəbdən həmin ildə imtahan vermədən Azərb. Kənd Təsərrüfatı İnstitutunun Mexanikləşdirmə fakültəsinə daxil olub. 1954 ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Göyçay r-nu Qaraməryəm MTS-ə göndərilmiş və orada sahə mexaniki, nəzarətçi mexanik, emalatxana müdiri və baş mühəndis vəzifələrində çalışıb.
1958 ildə MTS-lərin ləğv olunması ilə əlaqədar 2 MTS-in bazasında Göyçay Texniki Təmir Stansiyası (TTS) yaradılıb və həmin stansiyaya baş mühəndis vəzifəsinə təyin olunub, 1965-73 illərdə qeyd olunan stansiyanın müdiri vəzifəsində çalışıb. Nümunəvi TTS yaratdığına görə 1973 ildə Azərb. Kənd Təsərrüfatı Texnikası Komitəsinə sədr müavini təyin edilib. 1986 ildə 11 nazirliyin bazasında Azərb. Aqrar Sənaye Komitəsi yaradılıb və Nəbiyev 1990 ilədək həmin komitənin sədr müavini vəzifəsində çalışıb. Daha sonra 1990-92 illərdə Ləki Pambıq Zavodunun müdiri vəzifəsində, 1992-95 illərdə isə Göyçay Toxuculuq Kombinatında müdir müavini vəzifəsində çalışıb. Hazırda təqaüddədir.
SSRİ Ali Soveti tərəfindən “Şərəf nişanı” ordeni, “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə” yubiley medalı ilə mükafatlandırılıb, Azərb. SSR Ali Soveti tərəfindən 3 dəfə Fəxri fərmanla, eləcə də “Mülki müdafiə elçisi” medalı ilə təltif edilib.
Məlumat ailəsindən alınıb.