6.10.1946 Göyçay r-nunun Məlikkənd k.) – pedaqogika ü.f.d., Əməkdar mədəniyyət işçisi (2015).
1953-64 illərdə Göyçay r-nunun Məlikkənd k. səkkizillik məktəbi və Göyçay ş. 1 saylı orta məktəbində təhsil alıb. 1965-70 illərdə ADU-nun Filologiya fakültəsində, 1973-75 illərdə Bakı ş. Partiya Komitəsi yanında Marksizm-Leninizm Universitetinin fəlsəfə şöbəsində təhsilini davam etdirib, 1977-87 illərdə Azərb. Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) dissertantura təhsili alıb.
1964-65 illərdə Göyçay rayonlararası Rabitə Qovşağında mühasib köməkçisi, 1970-72 illərdə Göyçay ş. qiyabi orta məktəb, axşam fəhlə-gənclər orta məktəbi, 3 saylı orta məktəbdə müəllim kimi çalışıb. 1972-75 illərdə Göyçay r-n Komsomol Komitəsinin 2-ci katibi olub. 1975-83 Azərb. Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi işçisi olub. 1983-92 illərdə Azərb. SSR Dövlət Nəşriyyatında, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində (sonra Mətbuat və İnformasiya Nazirliyi), redaktor, aparıcı mütəxəssis, idarə rəisinin müavini, idarə rəisi kimi fəaliyyət göstərib. 1992-97 illərdə “Maarif” nəşriyyatının baş redaktoru, direktor, 1997–2004 illərdə Azərb. Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyində qrup rəhbəri, 1997–2015 illərdə Bakı Qızlar Universitetində dos. olub.
2004 ildən indiyədək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Ədəbiyyat, dilçilik, mədəniyyət və incəsənət” redaksiyasının müdiri vəzifəsində çalışır.
Məlumat Z.Abdullayevdən alınıb.