(5.10.1947, Göyçay r-nunun İnçə k. – 5.11.2022, Göyçay r-nunun İnçə k.) – müəllim.
1965 ildə Göyçay r-nunun İnçə k. orta məktəbini bitirib. 1966 ildə APİ-nin Biologiya fakültəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra uzun müddət İnçə k.-də müəllimlik edib. 28.11.1973 ildə Az.KP Göyçay r-n komitəsinin Fəxri fərmanı, 20.7.1984 ildə Azərb. maarif nazirinin 165 nömrəli əmri ilə “Baş müəllim” dərəcəsi, 13.5.1987 ildə Azərb. maarif nazirinin 123 nömrəli qərarı ilə “Xalq maarifi əlaçısı” döş nişanı, 15.9.1987 ildə Az.KP MK.-nın “Tərifnamə”si ilə təltif olunub.
18.8.1989 ildə Azərb. Maarif nazirinin 945 nömrəli əmri ilə Ali kateqoriyalı metodist müəllim, 1992 ildə “İlin ən yaxşı müəllimi” Resp. müsabiqəsinin qalibi (I yer) olub.
1995 ildə Resp. Təhsil Şurasına üzv seçilib. 5.10.2004 ildə təhsil naziri M.Mərdanovun imzası ilə Fəxri fərmana, 5.10.2005 il tarixli Resp. Prezidentinin imzası ilə təsdiqlənmiş fərmanla “Tərəqqi” medalına layiq görülüb.
Məlumat Q.Qurbanovun oğlundan alınıb.