(2.2.1980, Göyçay ş.) – pedaqoq, Əməkdar müəllim (2022).
BDU-nun Tarix fakültəsini bitirib (1999). Sonra ixtisası üzrə müəllim kimi Göyçay ş. 5 saylı orta məktəbdə fəaliyyətə başlamışdır. Dərs dediyi şagirdlər tarix fənni üzrə fənn olimpiadalarında uğurla iştirak edir, ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. Səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlar almışdır.
Məlumat A.Məmməd tərəfindən alınmışdır.