(27.1.1984, Göyçay ş.) – Taekvondo üzrə Resp. çempionu.
Altı yaşından etibarən karate, 18 yaşından isə taekvondo idman növü ilə məşğul olmağa başlayıb. Rusiyanın Rostov ş.-də keçirilən karate üzrə Avropa çempionatında 2-ci yer tutub və karate üzrə 1-ci dan qara kəmər qazanıb. Kazımov ADBTİA-nı bitirib (2007). Pumse üzrə beynəlxalq və dünya çempionatının iştirakçısı olub. Hazırda taekvondo üzrə 4-cü dan qara kəmər ustasıdır. Bu idman növü üzrə məşqçi kimi fəaliyyət göstərən Kazımov 3 il dalbadal taekvondo üzrə Azərb.-ın ən yaxşı məşqçisi adını qazanıb. Onun yetirmələri respublika və beynəlxalq səviyyəli yarışlarda daim uğur qazanırlar. Göyçay komandasına Resp. çempionatında komanda üzrə 1-ci yeri qazandırıb və kuboku Göyçaya gətirib. Tələbələri beynəlxalq turnirlərin qalibi, Avropa və dünya çempionatının mükafatçısıdırlar. Kazımov hazırda Göyçay ş. 7 saylı məktəbdə fiziki tərbiyə müəllimi işləyir.
Mənbə: A.Kəngərli. “Salam, doğma məktəbim” kitabı. Bakı, Perqament nəşriyyatı, 2019.